XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

29 İyul 2019 - 15:57

Yevlaxda oğurluq edən şəxs saxlanılıb –Açıqlama

Yevlaxda oğurluq edən şəxs saxlanılıb.

DİN-nin Mətbuat xidmətinin Bərdə regional qrupundan Strateq.az-a məlumata görə,  bir qrup Yevlax rayon sakini müxtəlif vaxtlarda Yevlax RPŞ-yə ərizə ilə müraciət edərək onlara məxsus evlərdən 3 ədəd samovar və qızıl əşyalarının oğurlandığı barədə məlumat verib.

Məlumatla əlaqədar polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayon sakini Rahib Dünyamalı saxlanılıb. Onun 650 manat dəyərində samovar və 630 manat dəyərində qızıl əşyaları oğurlayaraq vətəndaşlara ziyan vurduğu müəyyən edilib. Oğurlanan əşyaların bir qismi maddi sübut kimi götürülüb.

Faktla bağlı Yevlax RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.