XƏBƏR LENTİ

03 Dekabr 2020
02 Dekabr 2020

Digər Xəbərlər

29 İyul 2019 - 21:00

Yolu keçmək istəyən qadını avtomobil vuraraq öldürüb – Ağcabədidə

Ağcabədi rayonunda yolu keçmək istəyən qadını yük avtomobili vuraraq öldürüb.

Hadisə Taxtakörpü qəsəbəsində qeydə alınıb.

Laçın rayonundan olan məcburi köçkün Səltənət Əsədova yolu keçmək istəyərkən “KamAZ” markalı yük avtomobili onu vurub. Qadın aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Faktla bağlı Laçın Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırma aparılır. /Report