XƏBƏR LENTİ

31 Oktyabr 2020

Digər Xəbərlər

30 İyul 2019 - 11:44

Xızıda 28 yaşlı şəxs 34 kq narkotiklə tutuldu –Açıqlama

Xızı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkar edilərək götürülüb.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Strateq.az-a verilən məlumata görə, Xızı RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində rayonun Bəyəhmədyurd kənd sakini, 28 yaşlı Famil Baxışov tərəfindən kənd ərazisində xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş narkotik xassəli çətənə bitkiləri aşkarlanıb.

Polis əməkdaşları tərəfindən həmin əraziyə keçirilən baxış zamanı oradan yaş çəkisi 34 kiloqram təşkil edən hündürlüyü 60-180 sm olan 51 ədəd çətənə kolu aşkar olunub.

Götürülmüş maddi sübutlar bioloji ekspertizaya təqdim edilib.

Dindirilmə zamanı F.Baxışov çətənə kollarını aprel ayında əkdiyini və şəxsi istifadəsi üçün becəydiyini bildirib.
Faktla bağlı Xızı RPŞ-də cinayət işi açılıb, araşdırmalar aparılı