XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

30 İyul 2019 - 18:25

42 yaşlı məhbus özünü kameranın nəfəsliyindən asıb –4 saylı həbsxanada intihar

Bakıda məhbus intihar edib.

Hadisə Ədliyyə Nazirliyi Penitensiar xidmətin 4 saylı Məntəqə tipli Cəzaçəkmə Müəssisəsində qeydə alınıb.

Orada Cinayət Məcəlləsinin 177 (Oğurluq) və 234-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə cəza çəkən 42 yaşlı Nadir Nuriyev özünü kameranın nəfəsliyindən parça ilə asaraq intihar edib.

Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda araşdırma aparılır/Report.