XƏBƏR LENTİ

25 Sentyabr 2020

Digər Xəbərlər

30 İyul 2019 - 20:01

Saatlıda yanğınsöndürən maşın qəzaya uğrayıb –Sürücü yaralanıb

Saatlı rayonunda yanğınsöndürən maşın qəzaya uğrayıb.

Hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, hadisə yerinə yollanan yanğınsöndürən maşın hərəkətdə olarkən idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb.

Hadisə zamanı yanğınsöndürən maşını idarə edən 1988-ci il təvəllüdlü Əliyev Rəvan Nəsib oğlu xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır/Report.