XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

30 July 2019 - 21:14

Fəhlə binadan yıxılıb öldü- Araşdırma aparılır

Kürdəmir sakini bədbəxt hadisə nəticəsində ölüb.

Hadisə bu gün saat 10:30 radələrində rayonun Atakişili kəndi ərazisində baş verib.

Belə ki, inşa edilən çoxmərtəbəli binada fəhlə işləyən kənd sakini, 1995-ci il təvəllüdlü Səməd Əhəd oğlu Həmidov ehtiyatsızlıq nəticəsində yıxılaraq ağır xəsarət alıb.

O, təcili olaraq Kürdəmir Rayon Xəstəxanasına çatdırılsa da, vəziyyəti ağır olduğundan orada ölüb.

Faktla bağlı araşdırma aparılır/Lent.az.