XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

31 İyul 2019 - 16:02

DİN:"Bakı sakinindən 8 ədəd 500 avroluq saxta əskinas götürülüb"

Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən iyulun 29-da Bakı şəhər sakini Z. Paşayevdən 8 ədəd 500 avroluq saxta əskinas götürülüb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən  Strateq.az-a verilən məlumata görə, görülmüş tədbirlərlə Z. Paşayevə həmin əskinasları vermiş bir əcnəbi vətəndaş saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 204-cü (Saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma) maddəsi ilə cinayət işi başlanılıb.