XƏBƏR LENTİ

22 Oktyabr 2020

Digər Xəbərlər

01 Avqust 2019 - 12:28

Polis “Oba market”in yanmasının qarşısını aldı –DİN-dən açıqlama

Bakıda marketdə (“Oba market”də) baş verən yanğının böyüməsinin və yaşayış evlərinə keçməsinin qarşısı mühafizə polisləri tərəfindən alınıb.

DİN-nin Mətbuat xidmətindən Strateq.az-a verilən məlumata görə, gecə saatlarında Binəqədi rayonu ərazisində xüsusi texniki avadanlıqlarla qorunan marketlərdən birindən Mərkəzi Mühafizə Məntəqəsinə Həyəcan siqnalı daxil olub.

Dərhal Binəqədi Mühafizə İdarəsinin əməkdaşları hadisə yerinə yollanıb və marketin daxilində yanğın baş verdiyi müşahidə edilib. Alovun qısa zamanda böyüməsinin və ətraf ərazilərdə olan yaşayış evlərinə keçməsinin qarşısını almaq üçün dərhal polis əməkdaşları vaxt itirmədən həyatlarını təhlükə altına qoyaraq obyektin qapısını sındırıb içəri daxil olublar.

Qısa zamanda yanının qarşısı polislərin səyi nəticəsində alınıb və yanğının geniş miqyasda yayılmasına imkan verilməyib.

Obyektə baş verən yanğının səbəbləri araşdırılır.