XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

01 Avqust 2019 - 18:33

Paytaxt ərazisindəki apteklərin birindən tramadol həbləri aşkarlanıb –Əməliyyat + FOTO

Şabran Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini E.Məmmədovdan 30 ədəd tramadol həbi götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Strateq.az-a verilən məlumata görə, araşdırmalarla E.Məmmədovun həbləri paytaxt ərazisindəki apteklərin birindən satın alması müəyyən edilib.

Aptekə baxış zamanı oradan 280 ədəd tramadol həbi və 42 sellofan bükümündə marqanes aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.