XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

02 Avqust 2019 - 10:14

Bir tona yaxin narkotik tərkibli bitki məhv edilib –Qusarda

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən yabanı halda bitən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində uğurlu əməliyyat tədbirləri davam etdirilir.

DİN-nin Mətbuat xidmətinin Quba regional qrupundan Strateq.az-a verilən məlumata görə, Qusar Rayon Polis Şöbəsinin Şahdağ Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində rayonun Zindan-Muruq kənd ərazisində yabanı halda bitmiş yaş çəkisi bir tona yaxın, hündürlüyü 150-300 sm olan 581 ədəd çətənə kolu aşkar olunub. Həmin narkotik tərkibli bitkilər kökündən çıxarılıb, yandırılaraq məhv edilib.

Faktla bağlı RPŞ-də araşdırma aparılır.