Bakı şəhərində yol qəzası baş verib.
Sabunçu rayonu Rüstəmov küçəsi 86 ünvanında avtobusla minik avtomobili toqquşub.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, qəza nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb. Yaralılar 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.
Onların vəziyyəti orta-ağırdır.
Qeyd edək ki, baş verən qəzanın görüntüləri sosial şəbəkələrdə paylaşılıb. /APA