XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

03 Avqust 2019 - 13:56

DİN rəisin qardaşı oğlunun öldüyü qəza ilə bağlı məlumat yayıb- FOTO

Daxili İşlər Nazirliyini Bakıda ölümlə nəticələnmiş qəza ilə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumatına görə, avqustun 2-də saat 12 radələrində Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində Cəlilabad rayon sakini Əli Abbasov idarə etdiyi “Opel” markalı avtomobili qarşıda gedən Bakı şəhər sakini Ş.Babaşovun idarə etdiyi “Honda” markalı avtomobilə vurduqdan sonra idarəetməni itirib yolun əks istiqamətinə çıxaraq Ağsu rayon sakini E.Xasıyevin 49 saylı xətt üzrə idarə etdiyi “Daewoo” markalı avtobusla toqquşub.

Nəticədə Ə.Abasov hadisə yerində ölüb, E.Xasıyevin 2 sərnişininə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, qəzada ölən Ə.Abbasov Xəzər rayon Dövlət Yol Polisi bölməsinin rəisi, polis polkovnik-leytenantı Sadiq Abbasovun qardaşı oğludur.