XƏBƏR LENTİ

01 Noyabr 2020
31 Oktyabr 2020

Digər Xəbərlər

07 Avqust 2019 - 16:40

Avtomobildən 10 min manatlıq qızıl və gümüş oğurlandı –Masallıda

Masallı rayonu ərazisindəki bir avtomobildən oğurluq etməkdə şübhəli bilinən N.Səmədov Bakı şəhərində saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Strateq.az-a verilən məlumata görə, Masallı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyulun 28-də rayon ərazisindəki bir avtomobildən ümumvətəndaşlıq pasportu, mobil telefon aksesuarı, 10 min manat dəyərində qızıl və gümüş əşyalar oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş N.Səmədov Bakı şəhərində saxlanılıb.