XƏBƏR LENTİ

28 Yanvar 2021
27 Yanvar 2021

Digər Xəbərlər

07 Avqust 2019 - 19:38

Bakıda avtomobil nişanlı cütlüyü vurub- FOTO

Bakıda yol qəzası olub.

Bakı Nəqliyyat Agentliyindən APA-ya verilən məlumata görə, Fətəli Xan Xoyski prospektində (Gənclik m/st. yaxınlığı) yol-nəqliyyat hadisəsi baş verib. Minik avtomobili avtobus dayanacaq məntəqəsinə çırpılıb. İlkin məlumata əsasən dayanacaqda olan iki (qız və oğlan) nəfər xəsarət alıb. Qəza səbəbindən qeyd edilən ərazidə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq yaranıb.

Məlumata görə, qəza nəticəsində xəsarət alan 22 yaşlı qızla 23 yaşlı oğlan nişanlıdır.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, qız sol bazunun travması, oğlan isə alının kəsilmiş yarası alıb. Onların həyatları üçün təhlükə yoxdur.