XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

07 Avqust 2019 - 22:40

Kürdəmir sakini ağacdan yıxılaraq ölüb- VİDEO

Kürdəmir rayon sakini həyətindəki ağacdan yıxılıb.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Dəyirmanlı kəndində qeydə alınıb.

Kənd sakini, 1937-ci il təvəllüdlü Əhmədov Babaş Ağakişi oğlu ehtiyatsızlıq edərək, həyətindəki ağacdan yıxılıb. Yaralı dərhal Kürdəmir RMX-nın Renimasiya şöbəsinə yerləşdiriblər. Həkimlərin reanimasion müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb və yaralı dünyasını dəyişib.

Fakt araşdırılır.