XƏBƏR LENTİ

30 Oktyabr 2020

Digər Xəbərlər

19 Yanvar 2016 - 19:01

Jurnalistin evi yağmalandı – [color=red]Oğrular qızıl-zinət əşyaları, televizor, kompüter, planşet və nağd pul aparıblar (FOTOLAR)

AzVision.az saytının siyasət müxbiri Elvin Abdulqədirovun Bakının Binə qəsəbəsində yerləşən mənzili qarət olunub.

Hadisə dünən axşam saatlarında baş verib.

Mənzildən ümumi dəyəri 3 min manat olan qızıl-zinət əşyaları, televizor, kompüter, planşet və nağd pul oğurlanıb. Evdə heç kimin olmadığını fürsət bilən oğrular jurnalistin və həyat yoldaşının nişan üzüyünü də aparıblar.

Hadisə ilə bağlı polisə məlumat verilib. Faktla bağlı araşdırma aparılır.

Jurnalist Daxili İşlər Nazirliyinin (DİN) rəhbərliyinə müraciət edərək, cinayətkarların tezliklə tapılmasını xahiş edib.

Qeyd edək ki, Binə qəsəbəsində son 10 gün ərzində 2 mənzil və bir ərzaq mağazasından oğurluq edilib. Sakinlər oğurluq hallarının artmasından narahat olduqlarını bildiriblər.