XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

15 Avqust 2019 - 21:26

Gəncədə polis əməliyyatı:dövlət idarəsindən oğurluq edən Samux sakini saxlanıldı

Gəncənin Kəpəz rayonu ərazisində bir sıra oğurluq hadisələrini törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Strateqaz-a verilən məlumata görə, Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində fevral-iyul ayları ərzində Rayon Subartezian Quyularının İstismarı İdarəsinə məxsus quyudan, 2 avtomobildən və 1 evdən elektrik naqili, pul, maqnitofon və akkumulyator oğurlamaqda şübhəli bilinən Samux rayon sakini A.Behbudov saxlanılıb.