XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

17 August 2019 - 23:05

Cəlilabadda polis əməliyyatı:həbs edilənlər var + Təfərrüat

Cəlilabad şəhər sakini X.Məmmədovun yaşadığı evə baxış zamanı narkotik və psixotrop maddələr aşkar edilərək götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Strateq.az-a verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Cəlilabad RPŞ əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 15-də şəhər sakini, əvvəllər məhkum olunmuş X.Məmmədovun yaşadığı evə baxış zamanı 623,027 qram heroin, 2,502 qram metamfetamin və 8 ədəd fenazepam psixotrop maddə aşkar edilərək götürülüb.

Həmin vaxt evdə X.Məmmədovla birgə Bakı şəhər sakinləri E.Haqnəzərov və B.Fətəliyev də şübhəli şəxs qismində saxlanılıblar.

E.Haqnəzərovdan 1 ədəd “Motorolla” markalı radioötürücü, “Mitsubishi Pajero” markalı avtomobilinə baxış zamanı isə 1 ədəd cib bıçağı, 1 ədəd beşbarmaq və 2 ədəd radioqəbuledici aşkar edilərək götürülüb.