“İnstagram”da tanış olduğu qadını şantaj edən şəxs saxlanılıb.
Strateq.az Daxili İşlər Nazirliyinə istinadla xəbər verir ki, avqustun 17-də Qusar rayon sakini olan bir qadın RPŞ-yə ərizə ilə müraciət edib avqust ayında “İnstagram” sosial şəbəkəsində tanış olduğu naməlum şəxsin onunla danışmayacağı təqdirdə intim şəkillərini yayacağı ilə hədələməsini bildirib.
Qusar Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Xaçmaz şəhər sakini R.Həsənov saxlanılıb.