Binəqədi rayonu ərazisindəki mağazaların birindən 150 ədəd avtomobil təkəri oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar.
DİN Mətbuat xidmətindən Strateq.az-a verilən məlumata görə, hadisə avqustun 20-də baş verib.
Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində 20 000 manat dəyərində 150 ədəd avtomobil təkəri oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri A.Rəhimov, X.Sadıqov və Ağstafa rayon sakini M.Əliyev saxlanılıblar.