XƏBƏR LENTİ

17 Sentyabr 2019

Digər Xəbərlər

22 Avqust 2019 - 14:00

Kafel gətirən maşından külli miqdarda siqaret çıxdı –Gömrükdən açıqlama + FOTO

Astara gömrük postunun yük-idxal xəttində İranın “Mekanizasion Keshavarzi Shali Kasht” şirkətindən ölkəmizə kafel gətirən, Azərbaycan vətəndaşının idarə etdiyi “Maz” markalı yük avtomobili saxlanılıb.

Strateq.az Dövlət Gömrük Komitəsinə istinadla bildirir ki, həmin nəqliyyat vasitəsinə “Tobi” ləqəbli kinoloji xidmət itinin tətbiqi ilə gömrük baxışı keçirilib.

Baxış zamanı xidməti it nəqliyyat vasitəsinin kabinəsinə reaksiya verib. Kabinədə aparılan yoxlama nəticəsində hər iki qapının üzlüyündə, arxa yataq hissəsinin divarında və sağ oturacağın altındakı boşluqda gömrük nəzarətindən gizlədilən 16 200 ədəd “Senator”, 7000 ədəd “Milano” və 2000 ədəd “Kent” markalı siqaretlər aşkarlanıb.

Sonda stasionar rentgen qurğusundan keçirilən yük nəqliyyat vasitəsinin qoşqusundakı 3 yeşiyin hər birinin alt hissəsində, xüsusi düzəldilən saxlanc yerlərində gömrük nəzarətindən gizlədilən 7600 ədəd “Senator” və 13 800 ədəd “Milano” markalı siqaretlər tapılıb.