XƏBƏR LENTİ

24 Yanvar 2021
23 Yanvar 2021

Digər Xəbərlər

22 Yanvar 2016 - 08:58

Taleh Bağırzadənin məhkəməsi [color=red]təxirə salındı

haci taleh.jpg

Bu gün Nəsimi rayon Məhkəməsində Taleh Bağırovun verdiyi şikayət üzrə məhkəmə prosesi keçirilməli idi.

Lakin trend.az-ın verdiyi məlumata görə, məhkəmə prosesi təxirə salınıb. Vəkil Cavad Cavadov bildirib ki, T.Bağırov prosesə gətirilmədiyi üçün məhkəmə prosesi qeyri-müəyyən müddətə təxirə salınıb.

Xatırladaq ki, noyabrın 26-da Nardaranda hüquq-mühafizə orqanları tərəfindən keçirilən xüsusi əməliyyat zamanı “Müsəlman birliyi” adı altında qanunsuz fəaliyyət göstərən təşkilatın rəhbəri T.Bağırov və qurumun 13 üzvü saxlanılıb.

Saxlanılan şəxlər barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Faktla bağlı Baş Prokurorluq yanında Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində cinayət işi başlanıb və saxlanılan 14 nəfərə qarşı Cinayət Məcəlləsinin 120 (qəsdən adam öldürmə), 214 (terrorçuluq), 220 (kütləvi iğtişaş), 228 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama), 283 (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və zor tətbiq etmə) maddələri üzrə ittiham irəli sürülüb.