XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

25 August 2019 - 10:45

Bakıda avtobus piyadaları vurdu:ölən var

Bakının Sabunçu rayonunda ağır yol qəzası baş verib.

Avtoqəza zamanı piyadaları avtobus vurub.

Belə ki, Zabrat qəsəbəsində qeydə alınmış yol qəzasında 186 saylı xətt marşrutu üzrə hərəkət edən “Daewoo” markalı sərnişin avtobusu yolu keçmək istəyən iki piyadanı vurub. Nəticədə ağır xəsarət alan Rza və Əli adlı piyadalar 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. 

Rza Quliyev həkimlərin səyinə baxmayaraq, xəstəxanada keçinib. Digər yaralının müalicəsi isə davam etdirilir.

Faktla əlaqədar cinayət işi başlanılıb. /APA