XƏBƏR LENTİ

25 May 2020
24 May 2020

Digər Xəbərlər

27 Avqust 2019 - 15:00

Gürcüstan vətəndaşı gömrükdə saxlanıldı –Səbəb

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında, idarənin “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan gələn bu ölkənin vətəndaşının idarə etdiyi “Mercedes-Benz” markalı nəqliyyat vasitəsi saxlanılıb və sürücüsü şifahi sorğu-sual olunub.

Strateq.az Dövlət Gömrük Komitəsinə istinadlıa bildirir ki, sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib.

Lakin yoxlama zamanı avtomobildə gömrük nəzarətinə bəyan olunmayan və gizlədilən 12 ədəd 1 litrlik və 6 ədəd 0.5 litrlik “Nemiroff” markalı spirtli içkilər aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.