XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

27 August 2019 - 18:24

Ağdamda polis əməliyyatı:onlarla evdən oğurluq edən şəxs tutuldu

Bir qrup Ağdam rayon sakini Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək müxtəlif vaxtlarda onlara məxsus evlərdən oğurluq edildiyini bildirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan Strateq.az-a verilən məlumata görə, məlumatla əlaqədar Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Tərtər rayon sakini Rəhman Səfərov şübhəli şəxs qismində saxlanılıb.

Araşdırmalarla R.Səfərovun tanışı Ağdam rayon sakini Seymur Mehdiyevlə qabaqcadan əlbir olaraq rayon ərazisində yerləşən 3 evdən 4110 manat və 100 funt sterlinq pul, 300 manat dəyərində mobil telefon, 1 cüt qızıl sırğa, 1 ədəd qızıl boyunbağı və üzük oğurladıqları müəyyənləşib.

Faktla bağlı araşdırmalar davam etdirilir.