XƏBƏR LENTİ

01 İyun 2020

Digər Xəbərlər

28 Avqust 2019 - 09:45

Xızıda 267 ədəd çətənə kolu məhv edilib –DİN

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən yabanı halda bitən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində uğurlu əməliyyat tədbirləri davam etdirilir.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Strateq.az-a  verilən məlumata görə, Xızı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində rayonun Altıağac qəsəbəsində yerləşən meşəlik ərazidə yabanı halda bitmiş hündürlüyü 80-220 sm olan 267 ədəd çətənə kolu aşkar olunub. Həmin narkotik tərkibli bitkilər kökündən çıxarılıb, yandırılaraq məhv edilib.

Faktla bağlı Xızı RPŞ-də araşdırma aparılır.