XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

23 Yanvar 2016 - 22:02

Dünyada ən uzun müddət axtarışda olan cinayətkar tutulub -[color=red]FOTO

axtaris.jpg

 

Beynəlxalq Polis Təşkilatı – “İnterpol”un siyahısında ən uzun müddət axtarışda olanlar arasında yer alan 28 yaşlı Piotr Kupiec Britaniyada kafelərdən birində işləyirmiş.

Azərtac mirror.co.uk saytına istinadla xəbər verir ki, oğurluq, zorakılıq və futbol pərəstişkarının qətlində ittiham edilən polyak əsilli Piotr Kupiec polis məntəqəsindən cəmi 400 metr aralıda yerləşən kafedə keçirilən reyd zamanı saxlanılıb.

"İnterpol"un axtarışında olan şəxslər siyahısına 2008-ci ildə düşən cinayətkar dörd ilə yaxın bu kafedə çalışıb. Özünü saxta sənədlə təqdim edən Piotrun cinayətkar olması faktı ətrafındakıları şoka salıb. İş yoldaşları, tanışları onu gülərüz və mehriban insan kimi tanıyırdılar.

Polis Piotr Kupiecin “İnfra Red” adlanan kriminal qrupun üzvü olduğunu iddia edir. Saxlanılan cinayətkar və dəstənin digər üzvləri barəsində cinayət işinin istintaqı davam etdirilir.