XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

29 Avqust 2019 - 10:54

Bakıda polis əməliyyatı:narkotik satan şəxs saxlanıldı + FOTO

Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğil olmaqda şübhəli bilinən şəxs saxlanılıb.

Bakı şəhər Baş Polis İdarəsi Mətbuat Xidmətindən Strateq.az-a verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin keçirdiyi uğurlu əməliyyat-axtarış tədbirləri külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, 1985-ci il təvəllüdlü Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi sakini, əvvəllər məhkum olunmayan İsayev Ceyhun Fikrət müəyyən olunaraq tutulub.

Şübhəli şəxs Binəqədi şossesi DSK adlanan ərazidə saxlanılan zaman üzərində olan çantadan ayrı-ayrı bükümlərdə – hər birində 495 qram, digərində 510 qram olan metamfetamin, 763 ədəd yaşıl rəngli ümumi çəkisi 160,23 qram olan tablet metilendioksimetamfetamin, ekstazı və 1004 ədəd ümumi çəkisi 210,84 qram olan çəhrayı rəngli metilendioksimetamfetamin, ekstazı aşkar olunub.

F.İsayev ilkin izahatında narkotik vasitəni iki gün əvvəl Baksol yolu adlanan ərazidə tanımadığı İran İslam Respublikasının vətəndaşından aldığını bildirib.

Faktla bağlı Binəqədi RP İstintaq Şöbəsində CM-nin 234.4.3-cü maddəsi ilə cinayət işi başlanılaraq, digər zəruri istintaq hərəkətləri davam etdirilir.