XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

29 Avqust 2019 - 13:01

Qubada məscidin xalçalarını oğurlayan şəxs tutuldu –FOTO

Quba rayonunda məsciddən oğurluq edilib.

Daxili İşlər Nazirliyi (DİN) Mətbuat xidmətinin Quba regional qrupundan Strateq.az-a verilən məlumata görə, rayon ərazisində yerləşən məscidlərin birindən xalçaların oğurlanması barədə Quba Rayon Polis Şöbəsinə məlumat daxil olub. Dərhal əməliyyat qrupu yaradılıb və hadisə yerinə baxış keçirilib.

Peşəkarlıqla aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində məscidə məxsus xalçalar Şabran rayon Günəşli kənd sakini Lalə Babayeva tərəfindən oğurlandığı müəyyən edilib.

İlkin dindirilmə zamanı L.Babayeva tutduğu əməli etiraf edərək, gecə saatlarında məsciddə heç kimin olmadığı vaxtda xalçaları oğurladığını bildirib.

Faktla bağlı Quba RPŞ-də araşdırmalar aparılır.