Daxili işlər orqanlarının əməkdaşları oğurluq və quldurluqla məşğul olan şəxslərin tutulması istiqamətində uğurlu əməliyyat tədbirini davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Strateq.az-a verilən məlumata görə, Binəqədi rayon ərazisindəki lombardların birindən 200 manat pul oğurlamaqda şübhəli bilinən Şəmkir rayon sakini, əvvəllər məhkum olunmuş S.Pənahov Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılıb.
Faktla bağlı araşdırmalar davam edir.