XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

31 Avqust 2019 - 16:37

Ermənistan vətəndaşlarını daşıyan avtobus azərbaycanlılara məxsus minik avtomobili ilə toqquşub- Gürcüstanda

Gürcüstanın Qardabani rayonunun Teleti kəndi yaxınlığında Ermənistan vətəndaşlarının daşıyan mikroavtobus Azərbaycan vətəndaşlarının olduğu minik maşını ilə toqquşub.

APA-nın Gürcüstan bürosu xəbər verir ki, qəza zamanı minik maşınında olan iki Azərbaycan vətəndaşından biri yaralanıb. Qəza zamanı ümumilikdə 20 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Onlardan 8-i Yeni Xəstəxanaya, 3-ü Müqəddəs Yoahim və Anna Xəstəxanasına, 2-si İnqorokva Klinikasına, 4-ü Pineoya , digər 3 nəfər isə Təcili Cərrahiyyə və Travmatologiyaya xəstəxanasına köçürülüb.

Yaralananlardan 17 nəfəri Ermənistan vətəndaşı, ikisi Gürcüstan, biri isə Azərbaycan vətəndaşıdır.

Qeyd edək ki, qəza zamanı iki Ermənistan vətəndaşı ölüb.