XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020

Digər Xəbərlər

03 Sentyabr 2019 - 12:51

Azərbaycanın axtarışa verdiyi İsveç vətəndaşı saxlanılıb –Fələstində

Azərbaycanda axtarışda olan əcnəbi xaricdə tutulub.

Strateq.az “Report”a istinadla xəbər verir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318 (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və 320-ci (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə “İnterpol” xətti üzrə beynəlxalq axtarışda olan İsveç vətəndaşı 49 yaşlı Milhem Basem Fələstində saxlanılıb.

Onun Azərbaycana ekstradisiya olunacağı gözlənilir.