XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

05 Sentyabr 2019 - 14:30

Bakıda maşın qaçıran şəxs saxlanıldı –DİN-dən açıqlama

Bakıda avtomobil qaçırılıb.

DİN-nin Mətbuat xidmətindən Strateq.az-a verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsi 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini F.Aşurluya məxsus “VAZ-2121” markalı avtomobili qaçırmaqda şübhəli bilinən R.Əliyev saxlanılıb.

Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun müəssisələrin birinin anbarından 72 ədəd su sayğacı oğurlaması da müəyyən edilib.