XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

05 Sentyabr 2019 - 17:28

Kafedə avtomatla iki nəfəri güllələyən şəxsə hökm oxundu –20 il cəza verildi

Bakı Ağır Cinayətlər Məhkəməsində kafedə qətl törətməkdə təqsirləndirilən Hikmət Abbasquliyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

“Report”un xəbərinə görə, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edərək Hikmət Abbasquliyevin 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmə müşavirədən sonra hökmü elan edib. Hökmə əsasən, H.Abbasquliyev 17 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ötən il avqustun 9-da Sabunçu rayonunun Ramana qəsəbəsində yerləşən kafelərdən birində baş verib.

Naməlum şəxs odlu silahdan atəş açaraq Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Namiq Allahverdiyevə və Elxan Kərimova xəsarət yetirib. Nəticədə N.Allahverdiyev ölüb, E.Kərimov isə xəstəxanaya yerləşdirilib.

Polis və prokurorluq orqanlarının əməkdaşları qətli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş H.Abbasquliyevi saxlayıb.

H.Abbasquliyevdən 1 ədəd nömrəsi silinmiş AKMS markalı silah, 17 ədəd patron və 1 ədəd patron darağı maddi sübut kimi götürülüb.

Ona qasdən adamöldürmə və qanunsuz silah saxlama maddələri ilə ittiham verilib.