XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

05 Sentyabr 2019 - 20:55

“Moyka”dan maşın qaçıran şəxs tutuldu –Kürdəmirdə

Sentyabrın 4-də Kürdəmir Rayon Polis Şöbəsinə müraciət edən Xırdapay kənd sakini F.Kərimov həmin gün saat 9 radələrində şəhər ərazisində yerləşən avtoyuma məntəqəsindən “Hyundai” markalı avtomobilinin qaçırıldığını bildirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Strateq.az-a verilən məlumata görə, müraciətlə əlaqədar dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb.

Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən həmin avtoyuma məntəqəsinin işçisi A.Abdullayev qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən avtomobillə birgə saxlanılıb.

Araşdırma aparılır.