XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

07 Sentyabr 2019 - 10:45

Türkiyədən Bakıya gələn sərnişin avtobusu qəzaya düşüb, ölən və yaralananlar var- RƏSMİ

Şəmkirin Sarıtəpə kəndi ərazisində sərnişin avtobusu ilə yük avtomobili toqquşub.

Səhiyyə Nazirliyindən APA-ya verilən məlumata görə, təcili tibbi yardıma çağırış gecə saat 04.04-də daxil olub. Bir nəfər aldığı xəsarətlərdən hadisə yerində ölüb. 15 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəmkir Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Səhər saat 08:20-də baş həkimin verdiyi məlumata əsasən, xəstəxanada 2 kişi və 4 qadın qalıb. Kişilərdən biri komadadır, vəziyyəti kritikdir.