XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

08 September 2019 - 10:45

Beynəlxalq Bankın qadın əməkdaşı mühafizəçi tərəfindən qətlə yetirildi –Göygöl rayonunda

Göygöl rayonunda qətl hadisəsi olub.

Rayonun Üçtəpə kəndində təqribən 30-35 yaşlarında olan Cəlilli Günay Yusif qızı yaşadığı evdə boğazı kəsilərək öldürülüb.

Onun meyiti Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə aparılıb.

G.Cəlilli Beynəlxalq Bankın Gəncə şəhər filialının əməkdaşıdır. Qətli törədən Orxan adlı şəxs də həmin bankda mühafizəçi işləyir. Qadının iki övladı qalıb. Həyat yoldaşının illər öncə rəhmətə getdiyi bildirilir. Qadın övladları və bibisi ilə birgə yaşayırmış.

Hadisənin dəqiq baş vermə səbəbləri Göygöl Rayon Prokurorluğu tərəfindən araşdırılır. /Report