XƏBƏR LENTİ

02 İyun 2020
01 İyun 2020

Digər Xəbərlər

08 Sentyabr 2019 - 14:30

Kürdəmirdə yol qəzası olub, xəsarət alanlar var –FOTO

Kürdəmirdə xəsarətlə nəticələnən yol qəzası baş verib.

Hadisə rayonun Ağsu-Kürdəmir-İmişli yolununÇöl-Ərəb kəndindən keçən hissəsində qeydə alınıb.

“Mercedes” markalı avtomobil Kürdəmir istiqamətində hərəkətdə olarkən gözlənilmədən onun qarşısına iribuynuzlu heyvan çıxıb. Nəticədə sürücü nəqliyyat vasitəsinə idarəetməni itirib və avtomobil yolun kənarına aşıb.

Hadisə zamanı sürücü və yanında olan sərnişin müxtəlif növ bədən xəsarətləri alıblar. Yaralılar təcili tibbi yardım maşını vasitəsilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Fakt araşdırılır.