Abşeronda narkotik tərkibli bitkilərin əkini və satışı ilə məşğul olan şəxslər saxlanılıb.
Əməliyyatı Mehdiabad Polis Bölməsi həyata keçirib.
Polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri zamanı Məmmədli kənd sakini Absert Rzayev saxlanılıb. O, öz həyətində olan dalanda qurudulmuş narkotik tərkibli bitkini satmağa hazırlaşarkən ələ keçirilib. Abşert Rzayev maddi sübutlarla birgə saxlanılaraq Polis bölməsinə gətirilib.
Mehdiabad Polisi Bölməsinin keçirdiyi digər əməliyyatla, Məmmədli kənd sakini 44 yaşlı Nəriman Rəhimov saxlanılıb. O, öz yaşadığı evin həyətyanı sahəsində xüsusi qaydalarla narkotik tərkibli bitkini əkib becərdiyinə görə tutulub. Nəriman Rəhimov həyətinə baxış keçirilib və həyətdə biri dibçəkdə, digərləri torpağa əkilməklə narkotik bitki becərildiyi məlum olub. Saxlanılaraq Polis Bölməsinə gətirilən şəxs narkotiki şəxsi istifadəsi üçün əkdiyini və tutduğu əməldən peşman olduğunu bildirib. /APA