XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

26 Yanvar 2016 - 14:01

“BakuBus”ın avtobusu daşa basıldı, [color=red]yaralanan var

"Baku Bus" şirkətinə məxsus 3 ədəd 14 saylı avtobus içərisində sərnişinlərlə birlikdə daşa basılıb.

AzVision.az xəbər verir ki, bu barədə "BakuBus"ın mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova özünün facebook hesabında məlumat verib.

Onun sözlərinə görə, hadisə Süleyman Rüstəm küçəsi ilə Dilarə Əliyeva küçəsinin kəsişməsində daş verib:

“Zərərçəkən var. Hadisə zamanı avtobusların birində yaşlı qadın yaralanıb. Daş onun başı tərəfə atılıb. Nəticədə avtobusun şüşə qırıntıları onun gözünə girib. Hazırda xəstə ev şəraitində müalicə edilir. Araşdırma getdiyindən hadisəni törədənlər barədə məlumat verə bilməsək də, məsələnin mahiyyəti ilə əlaqədar sizi məlumatlandırmaq istədik. İçərisi sərnişin dolu avtobusun şüşələrini daş-qalaq etməklə, sərnişinlərə bədən xəsarəti yetirmək məqsədi güdənlərin hansı məzhəbə qulluq etdiyini düşünmək belə ağrılıdır. İslah olunmaq üçün cəzanı həbsxana barmaqlıqları arxasında keçirməmək üçün davranışlarınıza ölçü qoyun.

“BakuBus” olaraq xəbərdarlıq etməyi borc bilirik ki, sərnişin təhlükəsizliyi bizim üçün prioritet olduğundan avtobuslarımızda törədilən hər qanuna zidd hərəkətə, şiddətə görə birbaşa məsuliyyət daşıyırsınız və törədilən əməl də qanun çərçivəsində sona qədər araşdırılaraq cəzalandırılacaq”.

Qeyd edək ki, bir neçə gün əvvəl isə Bakı-Ağstafa qatarı daşa basılmış və nəticədə 6 nəfər xəsarət almışdı.