XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020

Digər Xəbərlər

26 Yanvar 2016 - 16:50

Maşın 20 metr hündürlükdən çaya düşdü, [color=red]iki vəzifəli şəxs öldü (FOTOLAR)
 

Bu gün saat 18 radələrində Daşkəsən rayonun Bayan kəndi ərazisində ağır yol nəqliyyat qəzası baş verib.

Rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri, rayon sakini, 1953-cü il təvəllüdlü Hacı Məmmədov şöbəyə məxsus “Niva Chevrolet” markalı avtomobillə Daşkəsən şəhərindən Gəncə istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və Qoşqar çayı üzərində olan körpüdən təxminən 20 metr hündürlükdən çaya aşıb. Qəza zamanı sürücü hadisə yerində ölüb.

Avtomobildə olan sərnişin 1984-cü il təvəllüdlü Gəncə şəhər sakini, Dövlət Sosial Müdafiə Fondunun Daşkəsən rayon şöbəsinin rəhbəri Elvin Haqverdiyev isə ağır bədən xəsarəti alıb. O xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı Daşkəsən rayon Polis Şöbəsində araşdırma aparılır.