XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

10 September 2019 - 17:35

Samuxda polis əməliyyatı:Sumqayıt şəhər sakinindən iki kq-dan çox marixuana götürülüb

Samux Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Sumqayıt şəhər sakini C.Bəylərov saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Strateq.az-a verilən məlumata görə, şəxsi axtarış zamanı ondan 2,3 kiloqrama yaxın marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.