Bakıda iki sərnişin avtobusu və minik avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.
Strateq.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.
Bildirilib ki, hadisə Heydər Əliyev prospekti – Hava limanı avtomagistralında qeydə alınıb.
Nəticədə minik avtomobili, eləcə də 131 və 198 nömrəli müntəzəm marşrut xətləri üzrə hərəkətdə olan avtobuslar toqquşub.
Məlumata görə, hadisə nəticəsində 7 nəfər yaralanıb.
Faktla bağlı araşdırma aparılır.