XƏBƏR LENTİ

23 Sentyabr 2019

Digər Xəbərlər

12 Sentyabr 2019 - 12:43

Məktəblinin intiharı… –Direktorun ittiham olunduğu maddələrdən birinə xitam verilib

Xəbər verdiyimiz kimi, 162 saylı orta məktəbdə intihar edən, 8-ci sinif şagirdi Elina Hacıyevanın ölümü ilə bağlı təqsirləndirilən məktəbin direktoru Sevinc Abbasovanın bu gün məhkəməsi başlayıb.

Strateq.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə hazırlıq iclası baş tutub.

Hadisə ilə bağlı ilk olaraq Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılmışdı, bu maddəyə istintaq xitam verib.

Sevinc Abbasova isə günahsız olduğunu deyib: “Mənim təqsirim yoxdur”.

İşin icraatına xitam verilməsi üçün vəsatət verilib. Lakin vəsatət təmin edilməyib.

Proses sentyabrın 18-də davam etdiriləcək.