Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Strateq.az-a verilən məlumata görə, sentyabr ayının 16-dan 17-dək respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilən 13 cinayətin üstü “isti izlər”lə açılıb.
Əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması təmin olunub.
Axtarışda olan ümumilikdə 26 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 12 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 3 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 2 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 14 nəfər saxlanılıb.