Bank hesablarından oğurluq etmiş şəxs tutulub.
Strateq.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Bərdə RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 26-da Səbirə Ələkbərovanın, Qaraş Alıyevin və Sevinc Xəlilovanın “Kapital bank”dakı hesablarından ümumilikdə 375 manat oğurlamış rayon sakini Kənan Hüseynov tutulub.
Araşdırma aparılır.