XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

17 September 2019 - 21:42

Kürdəmirdə polis əməliyyatı:evlərdən oğurluq edən keçmiş məhkum tutuldu

Kürdəmir rayonunda evlərdən silsilə oğurluq edən keçmiş məhkum saxlanılıb.

Kürdəmir Rayon Polis Şöbəsinə rayon sakinləri – Əhmədov Cəlal Ağaqulu oğlu müraciət edərək evindən 1910 manat pul, Şahbazova Xalidə Ağaməşədi qızı qızıl-zinət əşyalarının və 30 manat pulunun, Məhərrəmova Zümrüd Həsən qızı isə məişət avadanlıqlarının və yataq dəstlərinin oğurlandığını bildirib.

Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 1989-cu ildə Kürdəmir rayonunda anadan olmuş, keçmiş məhkum Allahverdiyev Fərid Zabit oğlu maddi sübutlarla birlikdə saxlanılıb.

Faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır/Report.