Rusiyanın Yekaterinburq şəhərində “Taqanskiy ryad” bazarında yezidi kürdlərlə ermənilər arasında atışma və kütləvi dava olub.
Bu barədə “Arqumentı i faktı.Ural” qəzeti məlumat yayıb.
Bildirilib ki, bazarda ermənilər və yezidi kürdlərin sahibkarlıqla məşğul olan nümayəndələri arasında baş verən mübahisə kütləvi dava-dalaşa çevrilib/Report.