XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

19 Sentyabr 2019 - 19:36

Bərdədə polis əməliyyatı:rayon sakini narkotikə görə tutuldu

Narkotik vasitələrin qanunsuz dövriyyəsi, həmçinin kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkarlanması istiqamətində daxili işlər orqanları tərəfindən qətiyyətli tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Starteq.az-a verilən məlumata görə, Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları Türkman kəndinin ərazisində kənd sakini E.Həsənov tərəfindən kultivasiya yolu ilə yetişdirilmiş 21 çətənə kolu və 2 qrama yaxın marixuana aşkar edərək götürüblər.

Faktla bağlı araşdırmalar davam etdirilir.