XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

22 September 2019 - 22:17

Azyaşlı uşaqların oynamaq istədikləri naməlum əşyanın mərmi olduğu aşkarlandı –Mingəçevir su anbarı hövzəsində

Bu gün Mingəçevir su anbarı hövzəsində çimərlik ərazisində yerli sakinlər tərəfindən mərmi tapılıb. 

Sahildə dolaşan azyaşlı uşaqlar suyun çəkildiyi ərazidə naməlum əşya aşkar edib və hətta onunla oynamağa cəhd göstəriblər. Daha sonra onu görən ərazi sakinləri – məcburi köçkünlər onun mərmi olduğunu müəyyən edərək aidiyyəti qurumlara xəbər edib. ANAMA nümayəndələri əraziyə gələrək mərmini təhlükəsiz yerə götürüb. /APA